Qaraj qapıları son 20- ci əsrdə

20-ci əsrin son dörddə biri  texnologiyanın inkişafı baxımından dünya tarixində görünməmiş bir sürətə səhnə olmuşdur.. Hətta bundan 10 il əvvəlki texnologiya ilə günümüzdəki texnologiya arasındakı fərq xəyal edilə bilməyəcək ölçülərə çatmışdır.

Texnologiya sahəsindəki yeniliklər insanların həyatlarında çox böyük bir rahatlıq və asanlıq təmin edəcək. İnsanlar evlərində, işlərində, məktəblərində bu inkişaflar sayəsində çox böyük asanlıqlar yaşayacaq, rahat, əyləncəli və zövqlü mühitlərə qovuşacaqlar. Robotlar bir çox işdə insan gücünün yerini alacaq. İnsanlar yerlərindən qalxmadan robotlar sayəsində, avtomatik əməliyyatlarla icra edə biləcəklər.

Texnolgiyanın belə sürətlə inkişafı təbii ki qapılardan da yan keçməmişdir. Artıq insanlar sadəcə düyməyə sıxmaqla istənilən qapını aça və ya bağlaya bilər. Avtomatik qapılar müasir dövrün dəbdə olan sitemləridir.  Yağışlı, qarlı hava şəraitində və yaxud evə yorğun qayıdarkən avtomabilinizdən düşərək qapını açmağa ehtiyac yoxdur.

Avtomatik qapılar 3 əsas hissədən ibarətdir

  1. Motor sistemi

Avropanın brend şirkətlərinin istehsalı olan avtomatik qapı motorları ( 2 il zəmanət verilir) 1200N gücə malikdir,elektron idarəetmə paneli avtomatik qapı motorunun idarəedilməsini tənzimləyir.

 Avtomatik qapıların motorları uzaqdan idarə oluna bilən motorlardır. Bunun üçün pultun üzərində  olan düyməni sixmaq lazımdır.

 

Avtomatik qapıların mortorları təhlükəsizlik sisteminin təmin etmək üçün quraşdırılan radarlarla birbaşa əlaqədə fəaliyyət göstərir. İstənilən maneə radarların qarşısını kəsdikdə motor avtomatik olaraq qapının hərəkətini saxlayır.

 

 

  1. Sendvic panel

Avtomatik qapılar əsasən sendvic paneldən hazırlanır. Sendvic panel hər iki üzü paslanmaz qalvaniz metal , içi isə sıxılmış penaplastdır.